Azərbaycan Dövlət İnformasiya Agentliyi

AYNA: Bakı və şəhərətrafı sərnişindaşımada 67 milyondan çox artım var

28.01.2026 [15:44]

Xəbərin mətni

Gedişhaqqı ödənişi ilə bağlı da yeniliklər tətbiq edilib, bank kartı ilə ödəmək imkanı yaradılıb. Ümumilikdə nağdsız ödəniş olan avtobusların sayı 1800-ə çatıb. Bu rəqəm 2022-ci ildə 1000 avtobus təşkil edirdi. Eyni zamanda, Sumqayıt şəhəri və Saray qəsəbəsi istiqamətinə işləyən marşrut xətlərinə 98 avtobus əlavə edilib, 40 min nəfər sərnişin daşınması imkanı yaradılıb. Avtobusların intervallarının təmin edilməsi üçün Bakı şəhərində xüsusi hərəkət zolaqları şəbəkəsi yaradılıb. Ümumilikdə 40-a yaxın küçə və prospektdə 114 kilometr zolaq təşkil olunub.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.