Ötən il ölkə ərazisində qeydə alınan cinayətlərin sayı açıqlanıb
28.01.2026 [17:25]
Xəbərin mətni
Keçən il ölkə ərazisində 31 min 852 cinayət qeydə alınmaqla onların 90,5 faizinin açılması təmin edilib. AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.