Xankəndidə təhsilin intibahı: Qarabağ Universiteti regionun intellektual mərkəzinə çevrilir
28.01.2026 [17:38]
İşğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri kompleks yanaşma əsasında həyata keçirilir. Bu yanaşma təkcə infrastrukturun yenilənməsini deyil, eyni zamanda, regionun sosial-iqtisadi reinteqrasiyasını, insan kapitalının inkişafını və əhalinin dayanıqlı şəkildə məskunlaşmasını hədəfləyir. Bu prosesdə təhsilin rolu xüsusi əhəmiyyət daşıyır. Təhsil infrastrukturunun bərpası və yenidən qurulması istiqamətində görülən ardıcıl tədbirlər nəticəsində müasir standartlara cavab verən ali və orta təhsil müəssisələri mərhələli şəkildə fəaliyyətə başlayır. Beləliklə, azad olunmuş torpaqlara elm və təhsil də qayıdır. Bu prosesin bariz nümunələrindən biri Xankəndi şəhərində fəaliyyət göstərən Qarabağ Universitetidir.