Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doktorantlar üçün xarici dil imtahanına qeydiyyat başa çatır

29.01.2026 [11:01]

Xəbərin mətni

Doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyat prosesi başa çatır. İddiaçılar DİM-in saytında “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün bu gün saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

BÖLMƏNİN DİGƏR VİDEOLARI