Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əfqan Yusifov: Eldar Quliyevin yaradıcılıq portreti sənət dostlarının xatirələri və ekran əsərləri əsasında yaradılıb

29.01.2026 [20:08]

Xəbərin mətni

Bizim belə bir ideyamız var idi ki, silsilə şəklində kino sənətkarları haqqında portret filmlər hazırlayaq. Bu silsilənin ilk filmi Akif Rüstəmov haqqında oldu. Akif müəllim uzun illər Xalq artisti Eldar Quliyevin ikinci rejissoru kimi çalışıb. Həmin filmdə Eldar Quliyev də Akif Rüstəmov barədə geniş müsahibə vermişdi. Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Ən vacib müsahibə 2” filminin rejissoru Əfqan Yusifov deyib.