Firəngiz Əlizadə: Qara Qarayev mənim üçün həmişə böyük şəxsiyyət, müəllim və ustad olaraq qalacaq
04.02.2026 [14:28]
Xəbərin mətni
Qara Qarayev həmişəyaşar dahi bəstəkardır. O, mənim müəllimim idi, amma bununla yanaşı, son dərəcə böyük bir şəxsiyyət kimi yaddaşımda qalıb. Onun biliyini, səviyyəsini heç kimlə müqayisə edə bilmirəm. Çünki oxumadığı kitab yox idi – tarixə, fəlsəfəyə, riyaziyyata və daha neçə-neçə sahəyə böyük maraq göstərirdi. Bütün bunlar onun geniş dünyagörüşünün tərkib hissəsi idi. Bizə də hər yay uzun bir siyahı təqdim edirdi və deyirdi: “Bu kitabları mütləq oxumalısınız. O zaman əsərləriniz tamamilə başqa səviyyədə olacaq”. Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə deyib.