Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərdə maraqlı mənzərə: At və itin dostluğu "Bir qalanın sirri"ni xatırlatdı

05.02.2026 [15:27]

Xəbərin mətni

Kəlbəcər rayonunda sakinlər tərəfindən lentə alınan "atla itin dostluğu" sosial şəbəkələrdə böyük marağa səbəb olub. Görüntülərdə atla itin dağlar qoynunda, yollarda mehriban şəkildə qoşa addımlaması əks olunub. Bu mənzərə izləyicilərə "Bir qalanın sirri" filmindəki məşhur “Xallı” və “Yallı”nın dostluğunu xatırladıb. Filmdəki obrazların real həyatdakı bənzəri kimi qəbul edilən bu iki canlının bağlılığı, heyvanlar aləmindəki dostluğun nadir və təsirli nümunəsi kimi izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.