Məhkəmə qərarı elan olundu: Cinayətkarlar layiqli cəzalarını aldılar
05.02.2026 [18:49]
Münaqişələr, müharibələr bitir amma xalqlara qarşı törədilən insanlıq əleyhinə ağır cinayətlər unudulmur. Tarix göstərir ki, bir çox hallarda müharibə cinayətkarları ya uzun illər sonra cəzalandırılır, ya da ümumiyyətlə cəzasız qalır. Bu istiqamətdə prinsipial mövqedən çıxış edən və müharibədən xeyli müddət sonra cinayətkarları müxtəlif ölkələrdə taparaq onlarıın cəzalandırılmasına, mühakimə edilməsinə nail olan dövlətlər də var. İsrail də məhz belə ölkələrdəndir. İkinci Dünya müharibəsindən sonra milyonlarla yəhudinin məhvində iştirak etmiş nasist rejiminin əsas simalarından olan Adolf Eyxmanın Argentinada tapılaraq İsrailə gətirilməsi, onun açıq məhkəmədə mühakimə olunması buna nümunədir. Həmçinin, keçmiş Yuqoslaviya ərazisində baş vermiş münaqişələr zamanı hərbi cinayətlərdə ittiham olunan Slobodan Miloşeviç,Ratko Mladiç kimi şəxslər Haaqadakı Beynəlxalq Tribunal qarşısında cavab verdilər.