Professor Zəhra Quliyeva: Çox az ölkədə qışda belə musiqi bayramı təşkil olunur
06.02.2026 [11:39]
Xəbərin mətni
Bu, ikinci “Qış nağılı” festivalıdır. Biz hər zaman olduğu kimi, ənənəmizə sadiq qalaraq, yenə də açılışdan öncə tamaşaçılara, dinləyicilərə kamera musiqisini təqdim etdik. Bu sözləri Qəbələdə keçirilən “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva deyib.