ABAD-çı: Bir əl işi 10 günə ərsəyə gəlir
06.02.2026 [17:20]
Xəbərin mətni
Xalq tətbiqi sənətinin qədim növlərindən sayılan ağacoyma sənəti cənub bölgəsində bu gün də uğurla yaşadılır. Lənkəran sakini Samir Həbibov bu qədim sənəti yaşadan ustad sənətkarlardan biridir. Uzun illərdir ata-baba peşəsinə sadiq qalan sənətkar ağacoyma sənətini inkişaf etdirməklə milli mədəni irsimizin qorunmasına və təbliğinə öz töhfəsini verir.