Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Xatirələr sahilində” sənədli filmi nümayiş olunub

06.02.2026 [22:51]

Xəbərin mətni

Fevralın 6-da Nizami Kino Mərkəzində Azərbaycan sənədli kinosunun formalaşmasında mühüm rol oynamış Xalq artisti, kinorejissor Yalçın Əfəndiyevin yaradıcılıq yoluna və sənət irsinə həsr olunmuş “Xatirələr sahilində” sənədli filminin nümayişi keçirilib. "AzərNyuMedia" tərəfindən istehsal olunan filmin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri Kamran Qasımov, təsvir rejissorları Rafiq Əliyev və Arif Zeynalov, bəstəkarı Yaşar Baxışdır.