Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qış nağılı” festivalının iştirakçısı: Belə gözəl ab-havada çıxış etmək çox xoşdur

07.02.2026 [12:53]

Xəbərin mətni

Burada olmağıma görə çox şadam. Qəbələdə yay aylarında keçirilən Beynəlxalq Musiqi festivallarında çox iştirak etmişəm. “Qış nağılı” festivalında isə ilk dəfədir çıxış edirəm. Qəbələ festivalı artıq ənənəyə çevrilib. Gözəl şəhərdə, belə gözəl ab-havada çıxış etmək çox xoşdur. Dəvətə görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri vokal ifaçısı, Əməkdar artist Azər Zadə Qəbələdə jurnalistlərə müsahibəsində söyləyib.