Azərbaycan Dövlət İnformasiya Agentliyi

Festival iştirakçısı: Bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir

07.02.2026 [13:23]

Xəbərin mətni

Mən yay aylarında Qəbələdə keçirilən musiqi festivallarında çox iştirak etmişəm. Çox sevinirəm ki, artıq ölkəmizdə qış aylarında da belə gözəl festivallar keçirilir. Bu gözəlliyi, qarı görmək, bu təəssüratı yaşamaq insana çox böyük fərəh hissi verir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Aytac Şıxalizadə Qəbələdə jurnalistlərə müsahibəsində deyib.