Riad Cəbrayılov - On illik vokal sənəti, solo konsertlər və çoxsaylı layihələr
09.02.2026 [17:24]
Xəbərin mətni
Gənclərin yaradıcılığa və sənətə olan sevgisi istedadla yanaşı, cəsarət, axtarış və özünü ifadə ehtiyacı ilə də formalaşır. Musiqi və ictimai fəaliyyət bu sevginin ən canlı təzahürlərindəndir. Bu gün Azərbaycan gəncliyi sənəti sadəcə bir peşə kimi deyil, cəmiyyətə təsir göstərmək, dəyərlər yaratmaq və öz sözünü demək vasitəsi kimi qəbul edir. Məhz bu yanaşma yaradıcılığı sosial məsuliyyətlə birləşdirən, istedadı faydaya çevirən gənclərin formalaşmasına zəmin yaradır. Belə gənclərdən biri də milli vokal sənətini ictimai fəaliyyətlə uğurla birləşdirən “İRƏLİ” İctimai Birliyinin baş katibi, vokal ifaçısı, “İlin Gənci” mükafatının qalibi Riad Cəbrayılovdur.