Türklüyün birləşdiyi məkan - İstanbulun “Türk dünyası mədəniyyət məhəlləsi”
10.02.2026 [16:41]
Dünya coğrafiyasının böyük hissəsini əhatə edən, tarixin müxtəlif dövrlərdə müxtəlif sülalə adları altında yaşayan, hökm sürən türklər dünyanın ən qədim millətlərindən biridir. Bir millətin mədəniyyətinin təməl daşlarını isə onun yaşayış tərzi və milli dəyərləri formalaşdırır. Türk xalqları sonradan eyni yerdə yaşamağa başlasalar da, tarixin müəyyən bir dövrünə qədər köçəri və ya yarı köçəri həyat tərzi sürüblər. Yəni bu gün türklərin mədəniyyətinin, milli dəyərlərinin formalaşmasında evlər qədər çadırlar da böyük rol oynayır. Türk xalqlarının yaşayış tərzini, milli-mənəvi dəyərlərini özündə ən gözəl şəkildə əks etdirən tarixi məkanlardan biri isə Türkiyənin İstanbul şəhərində yerləşən “Türk dünyası mədəniyyət məhəlləsi” açıq hava muzeyidir.