Baharın müjdəçisi Xıdır Nəbi bayramı
10.02.2026 [22:16]
Xəbərin mətni
Bu gün Novruzun ilk müjdəçisi olan Xıdır Nəbi (bəzi bölgələrdə Xızır Nəbi kimi adlandırılır – red.) gecəsidir. El arasında qədim ənənələrlə qeyd olunan bu bayram fevralın 10-dan 11-nə keçən gecəyə təsadüf edir. Xıdır Nəbi bayramı qışın ən çətin dövrü hesab edilən “Kiçik çillə”nin birinci on günlüyü başa çatdıqda qeyd olunur.