Adil Kərimli: Mədəniyyət günləri ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir
11.02.2026 [11:18]
Xəbərin mətni
Həm ölkəmizdə, həm də xaricdə mədəniyyət günlərinin təşkili bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs ölkələr arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə mühüm töhfə verir. Mədəniyyət günlərinin daha peşəkar, daha əhatəli və geniş miqyasda təşkili əsas prioritetlərimizdəndir. Bu platforma vasitəsilə əməkdaşlığın daha səmərəli və məqsədyönlü şəkildə qurulmasına çalışacağıq. Bu fikirləri mədəniyyət naziri Adil Kərimli fevralın 11-də Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.