Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: İşğaldan azad edilmiş ərazilərdə yeni mədəniyyət ocaqlarının yaradılması əsas prioritetlər sırasındadır

11.02.2026 [11:25]

Xəbərin mətni

“Böyük Qayıdış” Proqramı çərçivəsində Mədəniyyət Nazirliyinin fəaliyyəti çoxşaxəlidir və sistemli şəkildə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə mədəni infrastrukturun bərpası, yeni mədəniyyət ocaqlarının yaradılması və milli-mədəni irsin qorunması əsas prioritetlər sırasındadır. Bu fikirləri mədəniyyət naziri Adil Kərimli fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında səsləndirib.