İspaniyalı müəllimlər IT sahəsi üzrə azərbaycanlı tələbələrə dərs keçəcəklər
16.02.2026 [15:05]
Xəbərin mətni
Dünyada bütün ali təhsil müəssisələri tələbələri nəzəri biliklərlə təmin edir. Bu nəzəri bilikləri praktiki cəhətdən möhkəmləndirmək üçün dünyada bir neçə həllər, modellər var. Bu modellərdən biri də sənayenin ali təhsil müəssisəsinə gətirilməsidir. Bu məqsədlə biz “IT SkillSprint” layihəsini icra edirik. Bu layihəni hazırda dünyanın qlobal top “İT bootcamp” təminatçılarından biri olan İspaniyanın “Ironhack” şirkəti ilə birlikdə həyata keçiririk. Bunu jurnalistlərə açıqlaması zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova bildirib.