Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mirnazim Əsədullayev: Ramiz Quliyev Azərbaycan tarının dünyada tanınmasına mühüm töhfələr verib

20.02.2026 [00:09]

Xəbərin mətni

Ramiz Quliyev Azərbaycan tarının dünyada tanınmasına mühüm töhfələr verib. Tar üçün yazılmış, köçürülmüş, işlənmiş nə qədər əsər varsa, onların böyük bir qismini o ifa edib, repertuara daxil etdirib. Bizim fonoteka tariximizdə də Ramiz Quliyev qədər zəngin səs yazıları olan ifaçılar çox deyil. Bu, onun sənətə münasibətinin, məsuliyyətinin göstəricisidir. Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist, tanınmış kamança ifaçısı, professor Mirnazim Əsədullayev deyib.