Prezident Kitabxanasında Beynəlxalq Ana Dili Gününə həsr olunmuş kitab sərgisi açılıb
20.02.2026 [13:40]
Xəbərin mətni
Prezident Kitabxanasında Beynəlxalq Ana Dili Günü münasibətilə kitab sərgisi təşkil olunub. Hər il fevralın 21-də bütün dünyada qeyd edilən bu gün, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən rəsmi olaraq elan edilib. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsində başlıca məqsəd dünya miqyasında dil və mədəniyyət müxtəlifliyini qoruyub yaşatmaqdır.