Gülşən Rzayeva: WUF13-ün Bakıda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyində yerini möhkəmləndirir
23.02.2026 [12:07]
Xəbərin mətni
2026-cı il mayın 17-22-də ölkəmizdə növbəti mühüm beynəlxalq tədbir keçiriləcək. Bu, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyasıdır. Bu mötəbər tədbirə Bakı şəhərinin ev sahibliyi etməsi həm böyük qürur, həm də ciddi məsuliyyətdir. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Kommunikasiya komandası tərəfindən keçirilən media üçün ilk təlim sessiyasında deyib.