Anna Soave: Azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin qurulması ilə bağlı təcrübə geniş bölüşülməlidir
23.02.2026 [16:14]
Xəbərin mətni
Azərbaycanda Dünya Şəhərsalma Forumuna (WUF13) hazırlıqlar və 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dayanıqlı və insan mərkəzli şəhərlərin formalaşdırılması istiqamətində mühüm institusional dəyişikliklər üçün unikal imkan yaradır. Bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Anna Soave bildirib.