Şəhərlərin gələcəyi Bakıda müzakirə olunacaq
24.02.2026 [17:08]
Xəbərin mətni
Bəzi şəhərlərdə yer həddindən artıq daralıb. Honkonqda insanlar tabut ölçüsündə evlərdə, Dəkkədə isə kiçik mənzillərdə, sıx yaşayış şəraitində məskunlaşıblar. Hazırda dünyada 8 milyarddan çox insan yaşayır. 3 milyard insan mənzil təminatı ilə bağlı çətinliklərlə üzləşir. 1,1 milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır. Məhz bunlar məskunlaşma məsələsini və yeni şəhərlərin salınmasının vacibliyini gündəmə gətirir. Bu dəfə bütün bu problemlər məhz Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında müzakirə ediləcək, həllər axtarılacaq. Gəlin, ilk olaraq ölkəmizin şəhərsalma təcrübəsindən danışaq.