BMT-nin nümayəndəsi: Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu xüsusi əhəmiyyət daşıyır
27.02.2026 [13:54]
Xəbərin mətni
Ümumdünya Şəhərsalma Forumu indiyədək 12 müxtəlif ölkə və şəhərdə keçirilib. İndi isə biz Bakıda təşkil olunacaq forum ərəfəsindəyik. Sonuncu forum Misirdə olub. Bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru deyib.