İsveçrənin İrandakı səfiri: Biz Azərbaycana gəlməyi seçdik
11.03.2026 [16:58]
Xəbərin mətni
İrandan Azərbaycana təxliyə olunan İsveçrə səfiri Olivier Bangerter jurnalistlərə müsahibəsində təhlükəsizlik tədbirlərinə və köməyə görə minnətdarlığını bildirib. Səfir açıqlamasında deyib: “İsveçrə XİN yaranmış vəziyyətlə əlaqədar İrandakı səfirliyimizi müvəqqəti olaraq bağlamağa və ölkəni tərk etməyimizə qərar verdi. Biz isə Azərbaycana gəlməyi seçdik. Çünki Azərbaycanın Tehrandakı səfirliyi ilə çox yaxşı münasibətlərimiz var”.