Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tofiq Quliyevin “Qızlar” mahnısı yeni aranjmanda

04.11.2015 [14:18]

“Baku Project” bu dəfə "Qızlar" mahnısını yeni aranjmanda təqdim edib. Musiqisi Tofiq Quliyev, sözləri Ənvər Əlibəyliyə məxsus bu mahnını “Baku Project” özünəməxsus şəkildə təqdim edib. Vokalda Samirə Əfəndiyeva, piano və aranjmançı Etibar Əsədli, bass gitara Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov ifa edib.