Səfir Lu Mey: Çin Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərdə fəal iştirak etməyə hazırdır
13.03.2026 [13:10]
Xəbərin mətni
Yaxın vaxtlarda Çin-Azərbaycan münasibətləri diplomatik, parlament, siyasi partiyalar, iqtisadi-ticari və humanitar əməkdaşlığın müxtəlif sahələrini əhatə edən zəngin bir gündəlik üzrə inkişaf edəcək. Bu barədə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey cümə günü keçirilən brifinqdə bildirib.