WUF13-də iştirak üçün 169 ölkədən 15 minə yaxın şəxs qeydiyyatdan keçib
14.03.2026 [10:23]
Xəbərin mətni
2026-cı ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhər Forumunda (WUF13) iştirak üçün artıq 169 ölkədən təxminən 15 minə yaxın iştirakçı qeydiyyatdan keçib. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinatoru Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə məlumat verib.