Anar Quliyev: WUF13-ün Bakıda keçirilməsi şəhərin qədim məskunlaşma və urban inkişaf ənənələri ilə həmahəngdir
14.03.2026 [11:44]
Bakı minilliklər boyu məskunlaşma olmuş, zəngin tarixə malik şəhərdir və bu ərazidə insanların yaşayış mühiti yaratmaq cəhdləri çox qədim dövrlərə gedib çıxır. Bakının yaxınlığında yerləşən və UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğu insanların uzun müddət məskunlaşaraq yaşayış qurduğu ilk məkanlardan biri hesab olunur. Bu ərazi müasir mənada mənzil anlayışı ilə tam üst-üstə düşməsə də, insanların yaşayış mühitinin formalaşdığı ilk məkanlardan biri kimi dəyərləndirilir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev XIII Qlobal Bakı Forumunda keçirilən brifinqdə jurnalistlərə deyib.