UN-Habitat rəsmisi: Azərbaycan Orta Dəhlizin əsas iştirakçılarından biri kimi regionda şəhər inkişafının güclənməsinə töhfə verəcək
14.03.2026 [11:52]
Xəbərin mətni
Şərqi Avropa və Mərkəzi Asiya regionunda köhnə mənzil fondunun mövcudluğu, əlçatan mənzil çatışmazlığı və seysmik risklər şəhər inkişafı sahəsində əsas problemlərdən biri olaraq qalır. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) həsr olunan brifinqdə deyib.