Allahverdi İsrafilov: Ahal-təkə atçılıq kompleksinin “Galkynyş” qrupunu Azərbaycana dəvət etmişik
14.03.2026 [19:32]
Xəbərin mətni
Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi “Galkynyş” (“Dirçəliş”) milli atüstü oyunlar qrupunu Azərbaycana dəvət etmişik. Bu qrupun üzvləri sanki dünya çempionlarıdır. Onların möhtəşəm proqramlarını izləyənlər böyük zövq alacaqlar. AZƏRTAC xəbər verir ki, bu barədə “Circus Sea Breeze” sirkinin rəhbəri, Azərbaycan və Rusiya xalqlarının Dostluq Klubu çərçivəsində sirk “Oskar”ı almış ilk azərbaycanlı Allahverdi İsrafilov “Galkynyş” qrupu (onlar 2025-ci il Monte-Karlo Beynəlxalq Sirk Festivalının baş mükafat qalibləridir – müəllif) ilə möhtəşəm “Şərq Sirki” təqdimat mərasimi çərçivəsində açıqlama verib.