Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yalçın Rəfiyev: Azərbaycan Avrasiya regionunda qlobal diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrilir

16.03.2026 [11:37]

Xəbərin mətni

Azərbaycan bir çox qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. 2024-cü ildə ölkəmizdə COP29 konfransı uğurla keçirilib. Bu ilin may ayında Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) təşkil olunacaq. Daha sonra İslam İnkişaf Bankının illik toplantısı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) zirvə toplantısı da məhz paytaxtımızda keçiriləcək. Bütün bunlar Azərbaycanın xüsusilə Avrasiya regionunda qlobal diplomatiyanın mərkəzlərindən birinə çevrildiyini göstərir. Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI