Mədəniyyət naziri: Ötən il musiqi və incəsənət məktəbləri üzrə 4 min nəfər attestasiyadan keçib
18.03.2026 [13:48]
Xəbərin mətni
Təhsilverənlərin bilik və bacarıqlarının müəyyən edilməsi zəruridir. İlkin araşdırmalar göstərdi ki, bu sahədə ciddi tədbirlərin görülməsinə ehtiyac var. Buna görə də bilik və bacarıqların ölçülməsi prosesinə başlanması vacib idi. Bu isə attestasiya vasitəsilə mümkün oldu. AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin martın 18-də “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə bildirib.