Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqtisadiyyat Nazirliyi: Dayanıqlı tədbir idarəetməsi inklüziv iqtisadi inkişafı dəstəkləyir

18.03.2026 [15:12]

Xəbərin mətni

Dayanıqlı tədbir idarəetməsi inklüziv iqtisadi inkişafı dəstəkləyir. “Tədbir davamlılığının idarəetmə sistemləri” kimi standartların tətbiqi yerli şirkətləri daha sistemli işləməyə, resurslardan səmərəli istifadə etməyə, eləcə də xidmət keyfiyyətini artırmağa imkan yaradır. Bu isə onların beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə və rəqabət qabiliyyətinin yüksəlməsinə gətirib çıxarır. Bunu İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri İnarə Mustafayeva "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.