Türk dünyasının milli-mədəni irsi Berlində təbliğ olunub
01.04.2026 [11:48]
Xəbərin mətni
Baharın gəlişi – Novruz bayramı münasibətilə Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü və Türkiyə səfirliyinin ev sahibliyi ilə martın 30-da bayram tədbiri keçirilib. Tədbirdə Türk dövlətlərinin Almaniyadakı səfirləri, qardaş icmaların üzvləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, mədəniyyət və elm ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.