Zeliha Eliaçık: Ortaq tədbirlərimiz türk xalqları arasındakı yaxınlığı daha da gücləndirir
01.04.2026 [11:55]
Xəbərin mətni
Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin birlikdə təşkil etdikləri Novruz tədbiri çox əhəmiyyətlidir. Burada, ilk növbədə, türk dili və ortaq mədəniyyətimiz bizi yaxından birləşdirir. Bu fikri Yunus Əmrə İnstitutunun Almaniya üzrə koordinatoru Zeliha Eliaçık Berlində Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü ilə keçirilən bayram tədbirində media nümayəndələrinə açıqlamasında deyib.