Hikmet Güvenc: Türk xalqlarının tarixinin, mədəniyyətinin təbliğ çox əhəmiyyətlidir
01.04.2026 [11:59]
Xəbərin mətni
Türk xalqlarının tarixini və mədəniyyətini təbliğ edən tədbirlərin keçirilməsi çox vacibdir. Avropa ölkələri Türk mədəniyyətini televizorlar və qəzetlərdən deyil, birbaşa bizdən öyrənməlidir. Hər birimiz türklüyün, türk mədəniyyətinin və türkün mənşəyinin haradan gəldiyini təbliğ etməliyik. Bu fikirləri Türk dövlətlərinin Almaniyadakı səfirliklərinin təşəbbüsü ilə Berlində keçirilən tədbirdə iştirak edən türk diasporunun fəal üzvlərindən Hikmet Güvenc media nümayəndələrinə açıqlamasında bildirib.