Kayriya Heye: Vətəndən uzaqda olmağımıza baxmayaraq mədəniyyətimizi tanıdırıq
01.04.2026 [12:02]
Xəbərin mətni
Əslən Qazaxıstandanam və 1991-ci ildə Almaniyaya köçmüşəm. O vaxtdan bəri mütəmadi olaraq doğma ölkəmə səfərlər edirəm. Hamburqda Qazaxıstanın gözəlliyini, tarixini və mədəniyyətini təbliğ etmək mənim üçün böyük qürurdur. Bu fikirləri Türk dövlətlərinin Almaniyadakı səfirlikləri tərəfindən Berlində təşkil olunmuş tədbirdə iştirak edən qazaxıstanlı Kayriya Heye Azərbaycan mediasına açıqlamasında bildirib.