İstanbulda Əhməd bəy Ağaoğluna həsr edilən kitab ictimaiyyətə təqdim olunub
01.04.2026 [15:01]
Xəbərin mətni
İstanbulda Azərbaycan və Türkiyənin tanınmış ictimai xadimi, mütəfəkkir, yazıçı, hüquqşünas və şərqşünas-alim Əhməd bəy Ağaoğluna həsr edilən “Doğu ile Batı arasında bir mütefekkir: Ahmet Ağaoğlu” (Şərq ilə Qərb arasında bir mütəfəkkir: Əhməd Ağaoğlu) adlı kitabın təqdimatı keçirilib. Türkiyə türkcəsində hazırlanan nəşr Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən “Türkiyədə tanınmış azərbaycanlıların izi ilə” layihəsi çərçivəsində ərsəyə gəlib.