Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uşaqlar üçün süni intellekt, robotlar və texnologiyalar mövzusunda yeni kitab layihəsi hazırlayırıq - MÜSAHİBƏ

02.04.2026 [16:05]

Xəbərin mətni

Azərbaycanda uşaq ədəbiyyatına maraq son illərdə nəzərəçarpacaq dərəcədə artıb. Xüsusilə Bakı Kitab Sərgisi kimi beynəlxalq tədbirlərdə uşaq kitabları satılan bölmələr daha çox ziyarət edilir, yerli müəlliflərin əsərlərinə maraq xeyli yüksəlib. Eyni zamanda, müxtəlif nəşriyyatların yeni layihələri və Azərbaycan dilinə tərcümə olunan dünya uşaq ədəbiyyatı nümunələri bu sahənin dinamik inkişaf etdiyini göstərir. Bunu AZƏRTAC-a müsahibəsində uşaq yazarı Mürşüd İsmayılzadə bildirib.