Azərbaycan Dövlət İnformasiya Agentliyi

DYP yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

06.04.2026 [10:32]

Xəbərin mətni

Yağışlı hava şəraiti hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.