Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənətin dili ilə neftin hekayəsi: “Neft və təsviri sənət”

06.04.2026 [20:52]

AZƏRTAC-ın müəllifi olduğu “Neft və təsviri sənət” layihəsi qısa fasilədən sonra yenidən çəkilişlərə start verir.
Layihə çərçivəsində müxtəlif rəssamların neft mövzusuna həsr olunmuş əsərləri təqdim edilir, bu əsərlərdə neftin yalnız iqtisadi sərvət kimi deyil, eyni zamanda milli kimliyin, tarix və mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi bədii təcəssümü ön plana çəkilir.
Layihənin əsas məqsədi sənət vasitəsilə Azərbaycanın zəngin təbii resurslarını və bu resursların mədəniyyətimizdəki yerini daha dərindən nümayiş etdirməkdir.