Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dirçələn yurd, sevincli sakinlər və 30 illik həsrətin sonu

07.04.2026 [16:34]

Xəbərin mətni

Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan "Böyük Qayıdış" Proqramı çərçivəsində Xocavənd şəhəri öz doğma sakinlərini qəbul edir. Bu gün həyata keçirilən növbəti köç karvanının mənzilbaşına çatması ilə daha 33 ailənin, ümumilikdə, 142 nəfərin otuzillik yurd həsrətinə birdəfəlik son qoyuldu.