Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanda Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

07.04.2026 [16:35]

Xəbərin mətni

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi, özbəkəsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq Mərkəzi açılıb.