ANAMA rəsmisi: Minatəmizləmə prosesində yeni innovasiyalardan istifadə edilir
07.04.2026 [17:21]
Xəbərin mətni
Hazırda minatəmizləmə prosesində yeni innovasiyalardan istifadə olunur. Kəşfiyyat mərhələsində ərazilər dronlar vasitəsilə qiymətləndirilir və əldə edilən məlumatlar əsasında təmizləmə üçün müəyyən olunmuş metodologiyadan istifadə edilir. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyatların Koordinasiyası idarəsinin rəisi Rahib Quliyev bu gün Bakıda ANAMA ilə Gənclər Fondunun tərəfdaşlığı, “Böyük Qayıdış” Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.