Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik: Birinci Türkoloji Qurultayla bağlı keçirilən tədbirlər türk xalqlarının inteqrasiyasına töhfə verir

08.04.2026 [14:51]

Xəbərin mətni

Birinci Türkoloji Qurultayın keçirildiyi 1926-cı ilə qədər dünyada bu miqyasda türkoloji tədbir baş tutmamışdı. Qurultayın əsas əhəmiyyəti ondadır ki, o, türk xalqlarının birliyini və həmrəyliyini ortaya qoyan, eyni zamanda, onların gələcək vəzifələrini müəyyənləşdirən ilk mötəbər elmi platforma kimi dünya elm tarixinə daxil olub.AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransında deyib. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI