Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş seminar təşkil edilib

08.04.2026 [17:00]

Xəbərin mətni

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay – uzaq keçmişimizdən uzaq gələcəyə” adlı elmi-praktik seminar keçirilib.