RƏSMİ


Antalyada “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti keçirilir

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 15-də Türkiyənin Antalya şəhərində “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti öz işinə başlayıb. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və digər ölkələrin dövlət başçılarını, həmçinin beynəlxalq təşkilatların rəhbərlərini qarşıladı.