Kəmalə Məmmədova: “Sülh Körpüsü” dialoqunun qurulmasında media mühüm rol oynayır
11.04.2026 [20:00]
Xəbərin mətni
Əlbəttə, media “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun qurulmasında və düzgün gündəmin müəyyənləşdirilməsində mühüm rol oynayır. Bu tendensiya xüsusilə avqust ayından, Vaşinqton sammitindən sonra nəzərə çarpmağa başlayıb. AZƏRTAC xəbər verir ki, bu sözləri “1news.az” saytının baş redaktoru Kəmalə Məmmədova Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ikitərəfli dəyirmi masa çərçivəsində keçirilən mətbuat konfransı zamanı deyib.